İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə raket hücumu zamanı Suriyada olan iki müşavirinin öldürüldüyü bildirib.
“AVESTA.AZ”un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İİKK-nın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb”, – mətndə diqqətə çatdırılıb.
Xatırladaq ki, səhər saatlarında İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbəsi endirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.