
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, 1990-cı il təvəllüdlü Cəfərov Nicat Akif oğlu yaşadığı evin qarşısında bıçaqlanıb.
Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarı və kürək nahiyəsindən 2 yerdə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.