
Qırğızıstanın Oş vilayətində Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin əsgəri həlak olub.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə idarə məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün baş verib. Hərbi qulluqçu ehtiyatsızlıqdan “AK-74” avtomatı ilə özünü güllələyib: “Aidiyyəti orqanlara məlumat verilib, hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.