12-12-2023, 22:30 462

Erməni tarixçi: “Biz daxildən xəstəyik”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İddia: “Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır” adlı süjet efirə gedib.

"Report" xəbər verir ki, verilişdə erməni tarixçi və nağılçılarının onların xəstəliyinin sağalmaz mərəz olması, hayların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması ilə bağlı etiraflarından bəhs olunur.

Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdışı konsepsiyasının mahiyyətində 1988-ci ildə öz yaşadıqları yurdlardan qovulmuş azərbaycanlıların Vətəninə qayıdışını ehtiva edən humanist məramlar durur:

“Ancaq millətçilik və faşizm ideyaları ilə yoğrulmuş Ermənistan ictimaiyyəti bu sadə gerçəyi anlamaq iqtidarında deyil. Özləri hiyləgər və fürsətcil olduqları üçün hər kəsdə oxşar cizgiləri axtarırlar. Elə son günlərdə İrəvanda başlayan oyunbazlıqların mahiyyətində bu dayanır. Qarabağ gerçəkliyini qəbul edə bilməyən ermənilər indi də gülünc qanun layihəsi oyunu düzəldirlər. Bununla da Qərbi azərbaycanlıların qayıdışının qarşısını almaq üçün özünümüdafiə sipəri yaratmaq istəyirlər və bunu açıqca etiraf da edirlər”.

Diqqətə çatdırılır ki, erməni tarixçiləri və fəalları özlərinin dövlətçiliyinin olmadığını etiraf edirlər: “Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Hökumət Qarabağ məsələsini gündəmdən çıxaran kimi Azərbaycan Qərbi Azərbaycan məsələsini gündəmə gətirir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Azərbaycan bu müharibədə uduzsa da, sülh müqaviləsi imzalamadı. Atəşkəs edib qüvvə topladı ki, öz torpaqlarını qaytarsın. Hər bir vətəndaş Qərbi Azərbaycanın hansı təhlükə olduğunu bilməlidir. Azərbaycanlıların Ermənistana köçəcəyi halda axırımız necə olacaq?! Bizim hakimiyyət orqanlarımız 300 min azərbaycanlının Ermənistana köçürülməsinə razılıq verib”.

Süjetdə keçmiş deputat Tatevik Hayrapetyanın fikrinə də yer verilir:

“Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qalmamalıdır. Çünki o, ölkəni bu böhrandan çıxara bilmir. Biz niyə Qərbi Azərbaycandan və azərbaycanlıların qayıdışından danışırıq?! Burada dinc azərbaycanlıların qayıdışından söhbət getmir. Bu, Azərbaycanın düşünülmüş strategiyasıdır. Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır. Ermənistan hakimiyyətinin uğursuz diplomatiyası Qarabağın itirilməsinə gətirib çıxardı və Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyur”.

Sonda vurğulanır ki, erməni revanşistlərin bu sərsəm bəyanatları onları xaricdən maliyyələşdirənləri razı salmaq mənşəli olsa da, bu hərəkət erməni cəmiyyətinin düzgün yetişdirilməməsi hesabına formalaşan xəstə təxəyyüllərlə bağlıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Paylaş

Xəbər lenti

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR