15-12-2023, 18:54 663

2024-cü il üçün qeyri-iş günləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

"Report" xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Paylaş

Xəbər lenti

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48 Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi Bu gün, 13:48 iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı Bu gün, 13:48 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir Bu gün, 13:48 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı Bu gün, 13:48 Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR