
Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a daxil olan sorğuya cavab olaraq bildirilib ki, saat 20:30 radələrində rayonun Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.