
Şabranda yeniyetməni avtomobil vuraraq öldürüb.
"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı avtomobil şəxsiyyəti məlum olmayan 10-12 yaşlarında oğlan uşağını vurub. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.