20-12-2023, 20:48 622

Lənkəranda çillə gecəsi qeyd olunub

Tədqiqatçılar qədim təqvimlərə əsasən Azərbaycanın milli adətlərindən olan çillə gecəsinin Yerin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsinə təsadüf etdiyini qeyd edirlər. Bu gecə şəmsi ilinin dey ayının başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. Çillə sözü bir neçə mənada başa düşülür. 40 gün mənasında istifadə edilən bu söz daha çox ağırlığın, çətinliyin başlanğıcı mənasında başa düşülür. Qış fəsli üç hissəyə bölünür.

40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ardınca 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir və daha sərt olduğundan qışın “oğlan çağı” adlandırılır. Boz ay (oğru buğ) (20 fevral - 20 mart) isə bir ay davam edir.

Miladi tarixlə dekabrın 20-dən 21-nə keçən çillə gecəsi əsasən Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda xüsusi qeyd edilir.

Məsələ ilə bağlı "Report"un cənub bürosuna danışan etnoqraf Həşim Kəlbiyev qədim dövrlərdən insanların təbiət hadisələrini diqqətlə izlədiyini, bu hadisələrin onların yaşayışına təsir etməsini özünün ilkin bədii təxəyyülündə formalaşdıraraq müxtəlif ayinlər keçirdiklərini bildirib.

Onun sözlərinə görə, bu gecə bayram etməyin mənası işığın qaranlıqla mübarizəsi kimi təsvir edilir: "İnanclara görə bu çətinlikləri birlikdə şənlik edərək dəf etmək mümkün olub. Bu adət son illərə qədər daha şövqlə, indinin özündə də rayonlarda, kəndlərdə birgə süfrələr təşkil edilməklə qeyd olunur. Süfrələrdə lap əvvəllər qoz, çəyirdəkli meyvə və tərəvəz qurusu qoyularmış. Milli dəyərlərimizin tərkib hissəsi olan bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayarlar. Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır!.

Etnoqraf qeyd edib ki, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir: "Çillədə qarpız kəsəndə deyərlər ki, "ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim". Nişanlı qızlara da oğlan evindən xonçada qarpız aparılması adəti bu gün də cənub rayonlarında yaşadılır. Süfrəsində qarpızı olmayanlar isə ağ boranı kəsib qaynatmaqla bayramı qeyd edirlər. Lənkəranda qış fəslində əkin-biçin, təsərrüfat işləri az olduğundan növbə ilə evlərdə kiçik şənlik mərasimləri “Şəvnışt” təşkil edərmişlər. Bu isə qədim adət-ənənələrin qorunub-saxlanılması ilə yanaşı, qış vaxtı xüsusilə kənd və kiçik yaşayış yerlərində bir növ sosiallaşmağa xidmət edib. Qarpızın oval şəkli Günəş, üzərindəki zolaqlar Günəş şüaları, qırmızı dilimləri od, toxumları artım, törəyiş və s. ifadə etməkdədir. İnanca görə, qarpızın qeyd etdiyimiz mifoloji-rəmzi özəllikləri insanları mövsümün çətinliklərindən qorumağı, fiziki, ruhi möhkəmliyi təmin etmiş olub. Beləcə, süfrəniz daim bol-bərəkətli, qəlbləriniz istənilən soyuqluğu dəf edəcək qədər hərarətli olsun. Çillə gecəsinin qayəsi də budur".

Paylaş

Xəbər lenti

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48 Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi Bu gün, 13:48 iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı Bu gün, 13:48 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir Bu gün, 13:48 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı Bu gün, 13:48 Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR