
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.
“AVESTA.AZ”un məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.
Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.
Yığmamız isə 4 xalla sonuncu yeri tutub.
Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.