
Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və bu məsələnin həlli sülh sazişi imzalandıqdan sonra da həyata keçirilə bilər.
“AVESTA.AZ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə o, jurnalistlər bildirib.
Onun sözlərinə görə, əgər ölkələr həqiqətən də cəmiyyətlərini sülhə hazırlayırlarsa və normallaşmada maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur: “Eyni zamanda, təbii ki, sülh sazişi yeni müharibədən sığortalana bilməz, ona görə də ilk növbədə siyasi iradə lazımdır”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.