22-12-2023, 22:32 588

Naxçıvan abidələrinin bərpasında nöqsanlara yol verilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi abidələrin bərpası, onların beynəlxalq səviyyədə qorunması məqsədilə UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Report”un yerli bürosu xəbər verir ki, dekabrın 22-də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türkiyə Respublikasından olan memarlar Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinə baxış keçiriblər.

Qonaqlar Naxçıvan şəhərində İsmayıl xan hamamı, Xan sarayı, Möminə xatın, Yusif Küseyiroğlu türbələrinin, eləcə də qədim yaşayış evlərinin tarixi-memarlıq quruluşu, tikilmə texnikası, bərpa perspektivləri ilə maraqlanıblar.

Memar Sinan İncəsənət Universitetinin professoru, memar Oğuz Ceylan Naxçıvan abidələrinin bərpasında yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması yolları, yenidən restavrasiyası istiqamətində görüləcək işlər barədə jurnalistlərə müsahibə verib.

Memar Oğuz Ceylan bildirib ki, bu ərazidə XII, XIII, XIV yüzillikdən qalma çox qiymətli əsərlər vardır. Müəyyən vaxtlarda bu abidələrdə restavrasiya aparılıb. Möminə xatın türbəsinin bərpasında sementdən istifadə olunduğuna görə zirzəmidən gələn nəm, kondensasiya problemi vardır. Abidədə mərkəzdənqaçma da müşahidə olunur, türbə bir tərəfə doğru əyilib.

Əvvəlki formasına qaytarmaq mümkün olmasa da, qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün torpağı təmizlənməli, sement qatı tamamilə aradan qaldırılmalıdır. Biz ilkin olaraq binanın çevrəsinin açılmasını məsləhət gördük. Gələn ilin yaz aylarına qədər bu formada qalacaq, yazdan sonra təkrar drenajlar hazırlanaraq həmin boşluqlar örtüləcək. Ən əsas məsələ sement qatının ümumiyyətlə götürülməsidir. Çünki bu sulfatın əmələ gəlməsinə səbəb olur. Daha sonra asistik mühit yaranır. Beləliklə, tuğla və daşlar sementin formalaşmasından zərər görməyə başlayır. Biz restavrasiya prosesində heç vaxt sementdən istifadə etmir və edilən yerləri də dərhal təmizlədirik.

Oğuz Ceylan əlavə edib ki, restavrasiya olunan zaman öncə qədim arxiv materialları araşdırılmalı, tarixi sənədlər toplanılmalıdır. Ən önəmlisi də abidənin qədim şəkilləri tapılmalıdır. Restavrasiya sırasında biz bu fotolara baxaraq üç layihə hazırlayırıq. Bunlardan birincisi, mövcud vəziyyətin, ikincisi, tarixi binanın ilk dönəminin rəsminin çəkilməsidir. Üçüncüsü isə, həmin abidəni günümüzdə necə istifadə edəcəyimizi, yəni restavrasiyasını müəyyən edirik. Bu üç layihə hazırlandıqdan sonra restavrasiya prosesinə başlayırıq. Bərpa zamanı isə əvvəlcə istifadə olunacaq ləvazimatların analizi aparılır. Hazırda Şəki yolu üzərində yerləşən Diribaba türbəsi və Şəki Xan Sarayının divarlarının ləvazimat analizləri bizim universitetdə aparılır. Laboratoriya bizim hansı bərpa ləvazimatlarından istifadə edəcəyimizi müəyyən edir. Və bir daha vurğulamalıyam ki, bu prosesdə sementdən istifadə qəti şəkildə yolverilməzdir.

Qeyd edək ki, dekabrın 23-də memar və mütəxəssislər Culfa və Ordubad rayonları ərazisində yerləşən tarixi abidələrə də baxış keçirəcəklər.

Paylaş

Xəbər lenti

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR