
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kadr təyinatı olub.
"Report" xəbər verir ki, rektor Ədalət Muradov əmri ilə Fariz Əhmədov UNEC-in Elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunub.
F.Əhmədov bundan əvvəl ali təhsil müəssisəsinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru vəzifəsində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.