
Oman sahillərində 4,9 maqnitudada zəlzələ baş verib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 163 min insanın yaşadığı Salala şəhərindən 295 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.