
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.
Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.