
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Təbrizdə Ermənistan konsulluğunun açılmasının siyasi bir addım olduğunu bəyan edib.
“Report” xəbər verir ki, o, bunu mərkəzin 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Məhz orada açılması bizə mesajdır, məncə. Ancaq orada açıqlmasında təhlükə görmürəm. Amma İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona görə çox mənfi danışmaq istəməzdim. Ancaq belə bir sualım var ki, onlar nə dərəcədə istəyir bizim əlaqələrimiz tezliklə və əsaslı həll olunsun?", - əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.