28-12-2023, 16:41 568

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib.

"AVESTA.AZ" xəbər verir ki, “Gülüstan” sarayında təşkil edilən bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar.

Uşaqlar şənliyin keçirildiyi saraya onlar üçün ayrılmış avtobuslarla gəliblər.

Bayram ovqatı ilə bəzədilən şənlik məkanında balacaları nağıl qəhrəmanları qarşılayıblar. Face Art vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıb.

Bayram şənliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən video çarxın nümayişi ilə başlayıb.

Uşaqlara təqdim edilən Yeni il səhnəciyi dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyirin şərə qalib gəlməsi üzərində qurulub. Tamaşada müxtəlif nağıl qəhrəmanları ilə yanaşı qarşıdan gələn 2024-cü ilin rəmzi olan əjdaha obrazı da canlandırılıb.

Yeni il ovqatlı sarayda rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.

Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların qarşısında xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Manana və digər incəsənət xadimləri, o cümlədən Aysel Teymurzadə, Elnur Məmmədov, Günay İbrahimli, Murad Arif, Zamiq Hüseynov çıxış ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.

İki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Paylaş

Xəbər lenti

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR