
Yerli və dünyanın dörd bir tərəfindən gətirilən təzə, təravətli qida, keyfiyyətli qeyri-qida malları ilə xidmətinizdə olan "Bravo" marketlər şəbəkəsi 2023-cü ilə möhtəşəm yekun vurdu. Belə ki, dekabr ayında "Bravo"nun ümimilikdə 5 yeni mağazası istifadəyə verildi. Bunlardan 4-ü regionda yerləşir. Dekabr ayı ərzində istifadəyə verilən mağazaların ünvanları aşağıdadır:
2023-cü ildə "Bravo" marketlər şəbəkəsi ümumilikdə 25 filialını müştərilərinin ixtiyarına verib. Bunlardan 11-i regionda yerləşir.
Hazırda marketlər şəbəkəsi 4 böyük hipermarket daxil olmaqla 138 mağaza ilə müştərilərinin canla-başla xidmətindədir.
Aşağı qiymətləri, yüksək keyfiyyətli məhsulları ilə tanınan "Bravo" marketlər şəbəkəsi müştərilərinə yeni, unikal alış-veriş təcrübəsi qazandırdı.
Daim yenilənən zəngin çeşidi, əla qiymətləri, xüsusi təklifləri, promo-kampaniyaları ilə tanınan marketlər şəbəkəsi növbəti ilə xüsusi hazırlaşır. Yeni ünvanlar, yeni çeşid və yeni qiymət strategiyası ilə 2024-cü ildə də müştərilərini məmnun etməyə tələsir.
Daha ətraflı məlumat üçün sosial şəbəkə hesablarını izləməyiniz tövsiyə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.