30-12-2023, 13:44 483

AGF-nin baş katibi: “Dünya çempionatının finalında 5 güləşçimizin olması fenomenal nəticədir” – MÜSAHİBƏ

2023-cü il Azərbaycan güləşi üçün uğurlu alınıb.

Böyüklərdən ibarət yunan-Roma güləşi millisi komanda hesabında dünya, sərbəst güləş yığması isə Avropa çempionu olmağı bacarıb. Eyni zamanda, gənc güləşçilərimiz də mötəbər yarışlarda parlaq nəticələr əldə ediblər.

“Report”un suallarını cavablandıran Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev həm idmançıların il ərzində göstərdikləri nəticələri dəyərləndirib, həm də qarşıda duran məqsədləri açıqlayıb.

- Azərbaycan Güləş Federasiyası üçün 2023-cü ili necə qiymətləndirirsiniz?

- Ümumilikdə bu il də Azərbaycan güləşi üçün məhsuldar keçib. Sərbəst güləş millimiz həm U-23, həm də böyüklər arasında Avropa çempionatında komanda hesabında çempion oldu. Bu növdə gənclər arasında da qitə çempionluğunun qürurunu yaşadıq. Yunan-Roma güləşində Avropada ikinci, dünyada isə ilk dəfə birinci yeri tutduq. 5 güləşçi ilə finalda təmsil olunduq. Yunan-Roma güləşində indiyədək yalnız Rusiya, Türkiyə, İsveç və Polşa dünya çempionatlarında bir yarışda 5 finalçı ilə fərqlənib. Müasir dövrdə güləşdə rəqabətin artdığını nəzərə alsaq, dünya çempionatında 5 finalçımızın olması fenomenal nəticədir. Ümumilikdə bu il beynəlxalq yarışlarda 267 medal qazandıq.

- Güləş daim Azərbaycan idmanının lokomotivi rolunu oynayıb. Necə fikirləşirsiniz, bu imici qoruyub saxlaya bilmisiniz? Gələn il olimpiada ilidir. İdmansevərlərin ən böyük gözləntiləri yenə də güləşlə bağlı olacaq. Güləşçilər növbəti dəfə ümidləri doğrulda biləcəklər?

- Təvazökarlıqdan uzaq olsa da, həqiqəti deməliyəm: bəli. Bunu statistik göstəricilər də deyir. Olimpiya növləri arasında ən çox medal məhz güləşin payına düşür. Başa vurduğumuz ildə keçirilən bütün multi-yarışlarda da bunun şahidi olduq. Həm MDB Oyunlarında, həm Beynəlxalq Universitet İdman Festivalında, həm də Türk Dövlətlərinin Universiadasında ən çox medalı ölkəmizə güləşçilərimiz qazandırdı. Bu il təkcə böyüklər arasında Avropa və dünya çempionatında 7 dəfə himnimiz səslənib. Bu fakt özü hər şeyi deyir.
O ki qaldı Yay Olimpiya Oyunlarına, gözlənti məsuliyyət deməkdir. Biz bu məsuliyyətin fərqindəyik. Müstəqillik dövründə olimpiadalarda ölkəmizə ən çox medalı güləşçilər qazandırıb. Bu ənənəni davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Təbii ki, bu sahədə Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyini də mütləq qeyd etməliyəm. Hər iki qurum maddi-mənəvi federasiyamızın yanındadır. İstər beynəlxalq yarışlara ezam, istər milli üzvlərinin vitamin təminatı, istərsə də təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlərdə hər iki dövlət qurumunun dəstəyini yaxından hiss edirik. Hazırda 3 lisenziyamız var. Gələn il təsnifat turnirində lisenziyalarımızın sayını artırmağa çalışacağıq. Bunun üçün əlverişli vəziyyət yaranıb. Belə ki, Avropa Olimpiya Təsnifat turniri Bakıda, Dünya Olimpiya Təsnifat turniri isə İstanbulda keçiriləcək. Bu isə o deməkdir ki, güləşçilərimiz hər iki yarışda böyük azarkeş dəstəyi altında çıxış edəcəklər. Bu da onlara əlavə ruh yüksəkliyi, motivasiya və güc verəcək. Belədə kifayət qədər lisenziya qazana bilərik. Avqustda Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına geniş tərkibdə qatılmaqla tarixi uğurlara imza atmağa çalışacağıq.

Nəsimi Musayev
Nəsimi Musayev

- Hacı Əliyev şəxsi instaqram səhifəsində ilin idmançısı nominasiyası üzrə ən yaxşılar arasında yer almadığı üçün narazılığını dilə gətirib. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəlcə qeyd edim ki, Hacı Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb. 2 qat olimpiya medalçısı, 3 qat dünya çempionu və 4 qat Avropa çempionudur. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibidir. O, Azərbaycan güləşinin canlı əfsanəsidir. Həm qazandığı uğurlarına, həm məşqlərə məsuliyyətlə yanaşmasına görə gənclərə örnəkdir. Lakin Hacı ilin idmançı nominasiyasında fərqləndirilməməsi ilə bağlı narazılığını sosial şəbəkə vasitəsi ilə bildirməməliydi. Biz bunu doğru hesab etmirik. Ümumiyyətlə, bu tipli nominasiyalar yenicə uğurlar qazanmağa başlayan idmançılar üçün gələcək yarışlara motivasiya rolunu oynayır. İdmançıya qiyməti nə dövlət məmuru, nə federasiya nümayəndəsi, nə də internet istifadəçisi verir. İdmançı öz qiymətini yarış meydanında əldə etdiyi qələbəylə qazanır. Qeyd etmək yerinə düşər ki, güləş Azərbaycanın ən məşhur idman növüdür. Milli idman növü kimi həm federasiyanın əvvəlki, həm də indiki rəhbərliyi dönəmində inkişaf edib, edir və gələcəkdə də edəcək. Bu il böyüklər arasında Avropa və dünya çempionatlarında 7 qızıl medal qazanmışıq. Azərbaycanda heç bir olimpiya idman növündə belə nəticə olmayıb. Yunan-Roma güləşi millimiz tarixdə ilk dəfə dünya çempionu oldu. İlin komandası nominasiyasında yalnız “Qarabağ”dan geri qaldı. Hər halda, unutmayaq ki, “Qarabağ” da bu il böyük uğura imza ataraq, Azərbaycan futbol tarixində ilk dəfə Avroliqada qrup mərhələsini uğurla keçdi və ən güclü 32 komanda sırasına yüksəldi. Gəlin, Hacı Əliyevə Paris Yay Olimpiya Oyunlarında uğur arzulayaq. Qoy bu məsul yarışda özünü yenidən sübut etməklə əsl qiymətini versin. Hacı da başqa idmançılar kimi dövlət qayğısı ilə əhatə olunub. Ümumiyyətlə, Azərbaycanda idmana dövlət dəstəyi yüksək səviyyədədir. İstər güləşçilərimiz, istərsə də məşqçilərimiz ölkə rəhbərliyi səviyyəsində fəxri adlar alıb, orden və medallarla təltif ediliblər. Şəxsən Hacı Əliyev qazandığı uğurlara görə prezident təqaüdü və mənzillə mükafatlandırılıb. Mövzu ilə bağlı son olaraq onu vurğulayım ki, hər bir idman növünün özünəməxsus yarış mexanizmi, beynəlxalq turnirlərin fərqli davamlılıq prinsipi var. Bu isə bütün idman növlərinin vahid mexanizm üzrə qiymətləndirilməsinin tətbiqi zamanı istər-istəməz ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Qiymətləndirməni hazırki qaydalarla apararaq, 10 ən yaxşı idmançını müəyyən etmək mümkün deyil. Bunun üçün əsaslı arqument isə odur ki, qeyd edildiyi kimi, bu il dünya və Avropa çempionatlarında 7 qızıl medal qazanmış idmançı “ən yaxşı "onluq” nominasiyasına daxil ola bilməyib. Növbəti illərdə daha fərqli meyarlar üzrə seçimlər aparıla və bundan əlavə, bəzi nominasiyaları ayırmaqla saylarını artırmaq olar. Çünki hər idman növündə idmançılar eyni sayda yarışlarda iştirak etmirlər. Eyni zamanda, qazanılan uğurların keyfiyyətində və yarışların statuslarında da fərqlər var.

Nəsimi Musayev
Nəsimi Musayev

- Azərbaycan Güləş Federasiyasının 2024-cü il üçün hədəfləri nələrdir? Ümumiyyətlə, ölkəmizdə güləşin kütləviliyi hansı səviyyədədir?

- Növbəti il bizim üçün intensiv keçəcək. Xüsusən də 2024-cü ilin ilk 8 ayı haqqında bunu deyə bilərik. Sözsüz ki, əsas məqsəd Paris Yay Olimpiya Oyunlarında maksimum uğurlu çıxış etməkdir. Prioritetlərimiz sırasında Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə təşkili də yer alıb. Ölkəmizdə dəfələrlə nüfuzlu idman yarışları keçirilib. Qonaqlar hər zaman təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. İnanıram ki, bu xoş ənənə növbəti il də davam edəcək. Bu işdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi də böyük rol oynayacaq. Bu yarışların ölkəmizdə güləşin daha da populyarlaşmasına təkan verəcəyini düşünürəm. Azərbaycanda güləşin kütləviləşməsi baxımından heç bir çətinliklə üzləşmirik. Güləş milli idman növü kimi ölkənin hər guşəsinə yayılıb. Hazırda 12 mindən çox insan güləşlə peşəkar səviyyədə məşğul olur. Təbii ki, biz bu sayı daha da artırmağı hədəfləmişik. Bunun üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən bölgələrdə güləşin daha da inkişafı, maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması, infrastrukturun yaxşılaşdırılması bizim üçün strateji önəm kəsb edir. Ölkədaxili yarışların say artımı da kütləviliyə təkan olacaq. Kəmiyyət artdıqca uğurlarımızın sayı da artacaq. Əminəm ki, Azərbaycan güləşi ölkə idmanının bayraqdarı funksiyasını bundan sonra da uğurla həyata keçirəcək.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR