
ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.
"AVESTA.AZ"un ABC telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində “Məhəmməd” məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani - red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Atışmanın təfərrüatı açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.