29-08-2022, 13:00 555

Nicat Rəhimovun atası:

"Məhkəmənin lehimizə və ya əleyhimizə qərar verəcəyindən asılı olmayaq, medaldan əllərini üzsünlər".

Bunu "AVESTA.AZ"a açıqlamasında Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimovun atası Əli Rəhimov idmançının Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını (IWF) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməsi barədə danışarkən deyib.

O, oğlunun günahsız olduğunu bildirib: "Nicatı analiz dəyişdirməkdə ittiham edirlər. Halbuki belə şey olmayıb. Bunlar Ümumdünya Antidopinq Agentliyinin (WADA) əməkdaşının səhvidir. Nicatlıq bir şey yoxdur. O, analizi necə dəyişə bilər? Başqaları dəyişibsə, Nicatın nə günahı var? Getsinlər, səhvi analizi dəyişən şəxsdə axtarsınlar".

Ə. Rəhimov WADA-nı da CAS-a şikayət etdiklərini söyləyib: "Onlar da deyir ki, kimdən analiz götürdüyümüzü bilmirik. Əvvəlki məhkəmədə WADA nümayəndəsi söylədi ki, getdim, analiz götürdüm. Sual verildi ki, onun Nicat olmadığını gördün? Dayanıb tamaşa edirdi. Yoxlamağa gələndə bunun Nicat olmadığını görmürdülər? Kor olmuşdular? Heç vəsiqəsinə baxıb yoxlayıblarmı ki, həmin adamdır? Nicat da tanınmış idmançıdır axı. Kimsə fırıldaqçılıq edibsə, Nicatın nə günahı var? O, təlim-məşq toplanışında olub. WADA-ya idmançının harada olduğu hər zaman göstərilir".

Atası oğlunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları vaxtı da dopinq-testi verdiyini xatırladıb: "Yarışdan əvvəl də analiz götürülüb. Nicatın yerinə başqa adamdan analiz götürüblər, sonra da deyirlər ki, Nicat analizi dəyişib. İndi çıxıb 6 ildən sonra deyirlər ki, analiz dəyişdirilib. Orada prinsip söhbəti var. Bəziləri Nicatı vurmaq və aradan götürmək istəyir. Başqa heç nə. O qədər mafiozlar var ki... Artıq idmanı siyasətə çeviriblər. Kimdən xoşları gəlmirsə, onu vururlar".

Rəhimov olimpiya medalını kimlərəsə qaytarmaq niyyətində olmadığını vurğulayıb: "Olimpiya medalını əlindən almaq istəyirlər. Ondan əllərini üzsünlər. Nicat yarışda təmiz qələbə qazanıb. Bu medal da onun haqqıdır. Deyirlər ki, medalı qaytaracaq. Amma onu görməyəcəklər. Medal hazırda məndədir".

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Paylaş

Xəbər lenti

Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Bu gün, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Bu gün, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Bu gün, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Bu gün, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Bu gün, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Bu gün, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Bu gün, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Bu gün, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Bu gün, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Bu gün, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Bu gün, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Bu gün, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Bu gün, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Bu gün, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Bu gün, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Bu gün, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Bu gün, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Bu gün, 17:48 Ayaqüstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Bu gün, 17:48 Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48 1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb Bu gün, 16:48 Deputat bu şəxslərin ailəsinə 150 min manat kompensiyaya ödənilməsini təklif etdi Bu gün, 16:48 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" Bu gün, 16:48 Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq Bu gün, 15:48 Azərbaycanın dəmir yolu üçün 350 milyon dollar ayrıldı Bu gün, 15:48 London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb Bu gün, 15:48 Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək - YENİ QAYDA Bu gün, 15:48 Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək" Bu gün, 15:48 Ceyhun Bayramov Arye Laytstounla Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib Bu gün, 15:48 Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır" Bu gün, 15:48 Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır Bu gün, 15:48 Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK Bu gün, 15:48 Nicat Rəhimov: "Bizdən sonra aktyor görmürəm" Bu gün, 15:48 Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR