6-01-2024, 16:13 524

Azərbaycanın İKT sektoru 2023-cü ildə - İCMAL

2023-cü il Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üçün də yaddaqalan oldu.

Başlayaq ondan ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində regionlarda genişzolaqlı internetə çıxış imkanları daha da artırıldı, ölkə üzrə genişzolaqlı internetə çıxışı olan ev təsərrüfatlarının xüsusi çəkisi 60 %-ə çatdırıldı. 2024-cü ilin sonuna bu rəqəmin 100 % olacağı proqnozlaşdırılır.

Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internet operatorlarını və provayderlərini, o cümlədən host provayderlərini uçota almağa başladı. Artıq 152 şirkət uçota götürülüb və bu proses davam edir.

Azərbaycanda getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, il ərzində RİNN İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis etdi. Artıq 60-dan çox vətəndaş Mərkəzin məzunu olub.

2023-cü ildə RİNN yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən, ABŞ şirkətinin “Starlink” adlı genişzolaqlı peyk internet xidməti bu ildən Azərbaycan bazarına çıxarılacaq.

Ötən il Azərbaycan 50 illik fasilədən sonra 2-ci dəfə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Konqres zamanı müxtəlif ölkələrin rəsmiləri arasında onlarla görüş keçirildi, sənədlər imzalandı. Belə sənədlərdən biri “Azərkosmos” və ”Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peykinin ("Azersky-2") hazırlanması üzrə əməkdaşlıq müqaviləsi oldu. Müqaviləyə əsasən, peyk IAI-ın dəstəyi ilə Azərbaycanda yığılacaq.

Yeri gəlmişkən, il ərzində “Azersky-1” peyki fəaliyyətini vaxtından 1 il əvvəl dayandırdı. Rəsmi məlumata görə, ölkəmizin ilk və yeganə məsafədən müşahidə peyki fəzada yad cisimlə toqquşdu.

2023-cü ildə Azərbaycanda ilk dəfə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirildi. Tədbiri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və RİNN birgə təşkil etdi.

Laçında “Azconnexus” platforması üzərindən internet xidməti təmin etmək məqsədilə ilk KA diapazonlu antena quraşdırılması da ötən ilin mühüm hadisələrindən oldu. Bu antena adıçəkilən rayon və bir sıra ətraf ərazilərdə yüksəksürətli interneti əlçatan etdi.

İl ərzində RİNN tanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Digital.Azerbaijan” brendini təqdim etməklə Azərbaycanın yol aldığı istiqaməti bir daha rəsmiləşdirdi.

Ötən ilin yekunlarını “AVESTA.AZ”a şərh edən "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, ötən gün görülmüş işlər bu il üçün böyük zəmin yaradır: "Hesab edirəm ki, il üçün ən əhəmiyyətli hadisələrdən biri 3 il ərzində icrası nəzərdə tutulan, hamı üçün əlçatan internet layihəsinin ikinci ilinin uğurla yekunlaşmasıdır. Artıq 60 % əhalinin internetə əlçatanlığı təmin edilib, bu il üçün isə bu rəqəmin 100 %-ə çatacağını gözləyirik. Azərbaycanda “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi konsepsiyaların uğurla icrası da beynəlxalq reytinqlərdə ölkəmizin reputasiyasının və imicinin artmasına səbəb olur.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətə başlaması da cilin ən mühüm hadisələrindən biridir. Belə ki, həm ölkəmizin kadr potensialının artırılması, həm də kiberməkanda müdafiənin möhkəmlənməsi baxımından Mərkəzin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Atılan addımların effektini qısa zamanda görmək imkanımız olub. Əgər proseslər bu sürətlə davam etsə qarşıdakı bir neçə ildə ölkəmizin kibertəhlükəsizlik sahəsində mütəxəssislərə ehtiyacının ödənilməsini, hazır kiberhəllərin ixracının genişlənməsinin şahidi olacağıq".

"Ötən ili “Azersky-1” peykinin səmada naməlum yad cizimlə toqquşması nəticəsində onunla əlaqə itmişdi. Bu peykin ölkəmiz üçün əhəmiyyəti müstəsnadır. Xüsusən də 44 günlük Vətən müharibəsində qazanılan qələbədə “Azersky” vasitəsi ilə aparılan müşahidə və çəkilişlərin rolu böyük olub. Amma qısa zamanda atılan uğurlu addımlar nəticəsində İsrail şirkəti ilə yeni peykin yaradılması istiqamətində razılıq əldə edildi. Bu razılıq da mühüm bir tarixə təsadüf etdi. Belə ki, 50 ildən sonra ikinci dəfə Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Kosmik sənayenin nəhənglərinin toplandığı 4 günlük tədbir zamanı IAI şirkəti ilə müqavilənin bağlanması xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, qısa zamanda “Azersky 2” orbitə göndəriləcək.

Ümumilikdə götürsək 2023-cü ilin İKT sektoru üçün mühüm il olduğunu qeyd edə bilərəm. Hər gün dövlət xidmətlərinin daha da rəqəmsallaşdığının şahidi oluruq. Hesab edirəm ki, aparılan bu siyasət növbəti illərdə də davam edəcək və Azərbaycanın həm Cənubi Qafqazda, həm də Xəzər regionunda texnologiya habına çevrilməsi prosesi daha da sürətlənəcək. Bu gün bizim qarşımızda duran ən əsas məsələlərdən biri də məhz texnoloji məhsul ixracını artırmaq və bu sahədə dünyada öncül mövqeyə çıxmaqdan ibarətdir", - deyə ekspert əlavə edib.

"Azərbaycan İnternet Forumu"nun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz isə “AVESTA.AZ”a açıqlamasında da bir sıra məsələlərə diqqət çəkib: “Düşünürəm ki, sektorun ən yaddaqalan hadisələri işğaldan azad edilmiş ərazilərdə Ermənistandan daxil olan informasiya, rabitə və internet trafikinin qarşısının alınması, bölgədə milli telekommunikasiya, TV və Radio yayımı infrastrukturunun, dövlət şəbəkəsinin qurulmasıdır. Qarabağda qanunsuz fəaliyyət göstərən, beynəlxalq kodlar əldə edən “Karabakh Telecom” operatorunun 20 illik fəaliyyətinə son qoyulması yaddaqalan məqam olub. Şübhəsiz ki, “Azərkomos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda təşkil olunan, Prezident İlham Əliyevin də qatıldığı 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi sektorun ən yaddaqalan hadisəsi olub. Konqes çərçivəsində Azərbaycanın növbəti müşahidə-kəşfiyyat peyklərinin hazırlanması ilə bağlı İsrail şirkəti ilə müqavilənin imzalanması da diqqətçəkən olub.

Başa çatmaqda olan ildə ən diqqətçəkən layihə bütün ölkə üzrə genişzolaqlı internet şəbəkəsinin qurulmasını nəzərdə tutan “Onlayn Azərbaycan ” layihəsi olub. Bu layihə çərçivəsində son bir-iki ildə əvvəlki on illər ərzində olduğundan dəfələrlə çox işlər görülüb. Büdcədən deyil, beynəlxalq qurumlardan əldə etdiyi kredit hesabına RİNN infrastrukturla bağlı cari ildə nəhəng işlər görə bilib. Başa çatmaqda olan ildə 1 milyonadək ev təsərrüfatına fiber optik internet bağlantısı qurulub. Fiber optik bağlantı qurulan məktəblərin də sayı da əvvəlki illərdən dəfələrlə çox olub. Sektorda tənzimləyici funksiyanı yerinə yetirən RİNN-in İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətə başlaması, 5G ilə bağlı Dövlət Radiotezliklər İdarəsi ilə birgə müəyyən addımlar atması -TV-lərin istifadə etdiyi tezliyin 5G üçün ayrılması, 150 provayderi uçota cəlb etməsi, internetin keyfiyyətinə nəzarət üçün bütün provayderləri əhatə edən mərkəzləşmiş sistem qurması da yaddaqalan olub. Cari ildə SİMA rəqəmsal imzanın daha da genişlənməsi, Hökumət Buluduna miqrasiyanın artması, nəqliyyat sektorunda "AzParking" rəqəmsal həllin yaradılması, “Mobil Notariat” və “Smart Customs”un populyarlığının artması da diqqətçəkən olub”.

Ekspert hesab edir ki, bir sıra mühüm məsələlər isə həllini tapmayıb: “Uzun müddət gözlənilən “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik haqqında strategiya" təsdiqlənsə də, kritik informasiya infrastrukturuna daxil edilən qurumların siyahısını hökumət təsdiq edə bilməyib. Hesab edirəm ki, ən mühüm məsələlərdən biri 5G tezliklərinin necə və nə zaman veriləcəyi ilə bağlıdır. Həmçinin “Bir bina bir provayder ” problemi, rəqabətli mühitin formalaşması, telekommunikasiya və internet xidmətlərinin keyfiyyət standartları məsələsi hələlik öz həllini tapmayıb”.

Paylaş

Xəbər lenti

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48 Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər Bu gün, 08:48 Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu Bu gün, 08:48 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu Bu gün, 08:48 Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Dünən, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Dünən, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Dünən, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Dünən, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Dünən, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Dünən, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Dünən, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Dünən, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Dünən, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Dünən, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Dünən, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Dünən, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Dünən, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Dünən, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR