
Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər məscid yaxınlığında partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 9-da Kabilin Aluxilo rayonunda mikroavtobus partladılıb, nəticədə 3 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.