
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mirzəyev Röyal Paşa oğlunu vurub.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.