
Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.