
"Səfərbərlik vəziyyəti yaxşılaşdırılmadan cəbhədə şəxsi həyətdə əvəzetmələr həyata keçirilməyəcək. Hərbi xidmətə cəlb olunanların hamısının müəyyən edilməsi baxımından aydın elektron dövriyyə sənədi yaradılmadan, prinsipcə, hərbi xidmətə cəlb olunan hərbi qulluqçuların elektron reyestrinin təkmilləşdirilməsi haqqında qanun layihəsini qəbul etməklə məşğul olduq".
Bunu "AVESTA.AZ"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin sədri Fyodor Venislavskiy hərbi səfərbərlik ilə bağlı yeni qanun layihəsinin yenidən işlənməsini şərh edərkən bildirib.
O qeyd edib li, hərbi qulluqçuların elektron hesabı vasitəsilə mexanizmləri məsafədən təkmilləşdiriləcək:
“Ötən gün Ukraynanın müdafiə naziri Rustam Umerov bildirdi ki, qanun layihəsi artıq yekunlaşdırılıb və Ali Radaya təqdim olunmağa hazırdır. Biz hökumətin bu qanun layihəsinə baxacağı və qanunvericilik təşəbbüsü kimi parlamentə təqdim edilməsinə qərar verəcəyi iclasını gözləyirik. Ona görə də yaxın günlərdə, nazirlər komitəsi bu qanun layihəsini parlamentə təqdim edərsə, mən hesab edirəm ki, biz bunu ən çox bir-iki həftə ərzində birinci oxunuşda qəbul edə bilərik"-deyə, komitə sədri vurğulayıb. Venislavski bildirib ki, müharibənin ilk günlərində, demək olar ki, bütün Ukrayna ərazisinin atəşə tutulduğu bir vaxtda, bir çox vətəndaşlar ölkəni tərk etdilər: "Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, xaricdə haradasa 40-50 min hərbi çağırışçı olan vətəndaş var. Düşünürəm ki, real rəqəm daha çoxdur"-deyə, o, əlavə edib”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.