
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.