18-01-2024, 15:48 409

Pakistan-İran qarşıdurması: yenidən gündəmə gələn bəluc problemi - ŞƏRH

Pakistanla İran arasında gərginlik davam edir. Yanvarın 18-də İslamabad Tehranın yanvarın 17-də etdiyi raket hücumuna cavab verib. Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqeyinə zərbələr endirib.

Yaxın Şərqdə baş verən silahlı qarşıdurma fonunda iki İslam Respublikası arasında müharibə ola bilərmi?

Sualı cavablandırmamışdan əvvəl Pakistan və İran münasibətləri haqqında qısa xatırlatma etmək istərdik. İki ölkə arasında diplomatik münasibətlər 1947-ci ildən mövcuddur. İran şahı Məhəmmədrza Pəhləvinin hakimiyyəti illərində tərəflər regionda ABŞ-nin də daxil olduğu SENTO hərbi ittifaqın üzv olublar. 1979-cu il inqilabından sonra da iki ölkə arasında əlaqələr inkişaf edib. Hindistanla soyuq müharibə zamanı Tehran İslamabada dəstək verib. İran-İraq müharibəsi zamanı Pakistan birinciyə hərbi yardım göstərib.

2013-cü ildə “BBC World Service Poll” keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, pakistanlı respondentlərin 76 faizi İrana xoş münasibət göstərib.

İki ölkə arasında ticarət əlaqələri də artan xətt üzrə inkişaf edir. 2022-ci il martın 20-dən 2023-cü il martın 21-dək İranla Pakistan arasında ticarət dövriyyəsi 2 milyard 330 milyon dollar təşkil edib. Bu da bundan əvvəlki uyğun dövrlə müqayisədə 30 faiz çoxdur.

İran Pakistandan da keçməklə təbii qaz kəməri çəkməyi planlaşdırır. Hazırda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan təbii qaz ixrac kəməri çəkilir. Bu xətt vasitəsi ilə ildə 33 milyard kub metr qaz ötürülə bilər.

Rəsmi İslamabad ABŞ-nin təzyiqlərinə baxmayaraq İranla əlaqələri inkişaf etdirib. Bununla belə tərəflər arasında mənafelərin toqquşduğu məqamlar da az deyil.

Təxminən bir il əvvəl İran Pakistanı təbii qaz kəməri tikintisini ləngitməkdə ittiham edərək 18 milyard dollar iddia qaldıracağı ilə hədələmişdi. Ötən ilin fevralında “Daily Pakistan” qəzeti yazmışdı ki, Pakistan kəmərin öz ölkəsindən keçən hissəsini 2024-cü ilin fevral-mart aylarına qədər tikməzsə Tehran İslamabada qarşı iddiasını məhkəməyə göndərəcək. Xatırladaq ki, 2019-cu ilin sentyabrında İranın Milli Neft Şirkəti ilə Pakistanın Milli Neft-Qaz Şirkəti arasında qaz kəmərinin tikintisinə dair yenilənmiş saziş imzalanıb.

İki ölkə arasında ziddiyyətlərdən biri də bəluclarla bağlıdır. Bəhs etdiyimiz məlum qaz kəməri layihəsi Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsindən də keçir. Yeri gəlmişkən, bu rayon 1783-1958-ci illərdə indiki Omanın ərazisi sayılıb. 1958-ci ildən Pakistanın nəzarəti altındadır.

Onu da bildirək ki, hazırda Bəlucistanın nəqliyyat infrastrukturunun əsas sərmayəçisi Çindir. O, Qvadarda dərin dəniz limanının tikintisi üçün Pakistana 200 milyon dollar ayırıb. Pakistan hökuməti isə Makran sahilindəki bu yeni limanı Kəraçi ilə yeni magistral yollarla birləşdirməyi planlaşdırır. Rəsmi Pekin İran və Pakistanla münasibətlərinə əsaslanaraq tərəflər arasında vasitəçiliyini təklif edib.

Bundan başqa ehtimal görə, Bəlucistan əyalətindən İran və ya Türkmənistandan strateji qaz kəmərləri çəkilərsə bu bölgə Pakistan üçün problem yarada bilər. Təhlilçilərin fikrincə, Hindistan və Pakistan bazarlarına tədarük olunan qazla bağlı maliyyə mübarizəsi bəlucların beynəlxalq silahlı qruplaşmalarla birləşməsi ilə nəticələnər. Belə vəziyyət isə regionu yeni münaqişə ocağına çevirər.

Bəluclar Əfqanıstan, Pakistan, İranla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində də yaşayır. 1948-ci ildən Bəlucistanda silahlı münaqişə davam edir. Onlar müstəqillik uğrunda mübarizə apardıqlarını bildirir. Bəlucistan Azadlıq Ordusu, Cundullah Qurtuluş Ordusu və başqa silahlı qruplaşmalar bu istiqamətdə mübarizə apardıqlarını gizlətmirlər.

Ötən ilin sonunda İran, Pakistan və Əfqanıstanda fəaliyyət göstərən bəluc qruplaşmaları vahid təşkilat yaratmaqla bağlı danışıqlar aparıb. İslamabad Bəlucistan əyalətində fəaliyyət göstərən həmin separatçılara qarşı mübarizə aparıb. Bu isə o deməkdir ki, İranın həmin silahlı qruplaşmanı əlində bayraq edib, Pakistan ərazisini vurması iki ölkə arasında daha ciddi problemlər yarada bilər.

Ehtimal etmək olar ki, İran Bəlucistan əyalətini bombalamaqla Pakistan ərazisindən keçən bəhs etdiyimiz qaz kəmərinin reallaşması üçün yol açmağa cəhd göstərib. Bununla Pakistanın suverenliyini pozmaqla yanaşı, həm də regionda mümkün qarışıqlığın yaranmasına şərait yaradıb.

İslamabad da İranda oxşar hadisəni yaranması üçün cavab zərbəsi endirib. İranın Sistan və Bəlucistan əyaləti də sakit bölgə sayılmır. Bu isə perspektivdə regionda bir sıra baxımdan daha böyük və təhlükəli hadisələri baş verəcəyi ehtimalını artırır. Bu mənada Tehranın Pakistan ərazisinə raket zərbəsi və buna verilən cavabın bəlucların fəaliyyətinə mənfi təsir çətindir. İran hakimiyyəti dünyada yaranmış vəziyyətdən istifadə edərək Pakistanın Bəlucistan əyalətindəki “maneə”ni də aradan qaldırmağa çalışıb, ancaq özü üçün yeni problem yaradıb, yaxud bəluc amilinin ərazisində də güclənməsinə şərait yaradıb. Odur ki, İranın son addımı isə iki ölkə arasında ortaq əməliyyatların keçirilməsi ehtimalını da az qala mümkünsüz edib. Nəticədə son hadisələr dünyanın gündəliyinə mərkəzi Asiyada bəluc probleminin çıxmasına yeni təkan verib.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR