
Abşeronda hoteldə partlayış olub, yaralanan var.
"AVESTA.AZ" xəbər verir ki, hadisə" Sun Set" hotelində qeydə alınıb.
İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "AVESTA.AZ"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib:" Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.