22-01-2024, 14:58 654

ABŞ və müttəfiqləri Yaxın Şərqdə kimə qarşı döyüşür? - ŞƏRH

ABŞ və müttəfiqləri İraqda həyata keçirdikləri hərbi əməliyyatlarla Yaxın Şərqdə müharibəni genişləndirib. 1980-ci ildə İran-İraq savaşı, bundan sonra 1990-cı ilin avqustunda Səddam Hüseynin Küveyti 2 gün ərzində işğal etməsi regiona hərbi qarşıdurmaların yolunu açan hadisələr sayıla bilər. 1991-ci il yanvarın 17-dən fevralın 28-dək ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya Küveyti İraqın işğalından azad edib. Bu koalisiyaya ABŞ, Böyük Britaniya, Fransa, Misir, Səudiyyə Ərəbistanı, Suriya daxil idi.

Ancaq regionda müharibələr bununla başa çatmadı. 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində Dünya Ticarət Mərkəzinə və Müdafiə Nazirliyinin (Pentaqon) binasına edilən terror hücumu regiona hərbi müdaxilə üçün səbəbləri artırdı. Həmin hadisədən sonra ABŞ və müttəfiqləri Əfqanıstanda “Taliban” hökumətini devirib, yerinə dünyəvi hakimiyyət qurdu.

ABŞ və müttəfiqləri 1991-ci ildə İraqda Səddam Hüseynlə haqq-hesabı üzmədiyindən layihə başa çatmamışdı. Odur ki, Bağdadın şübhəli nüvə və kimyəvi silahı səbəbi ilə Vaşinqton və müttəfiqləri 2003-cü il martın 20-də “İraqa azadlıq” əməliyyatı adı altında bu ölkəyə hərbi müdaxilə etdi. S.Hüseyn hakimiyyəti həmin ilin sonunda tam məğlub oldu.

2010-cu ilin payızında 20-yə yaxın ərəb ölkəsində inqilab baş verdi. Bu hadisələr Yaxın Şərq regionunu çox ciddi şəkildə silkələdi. Bu inqilablar bölgə ölkələrini gücdən saldı, avtoritar lider və rejimlərin nüfuzunu zədələdi və s.

Təxminən 3 il sonra regiona və siyasi-hərbi səhnəyə İŞİD adlı terror qruplaşması çıxdı. O, Suriyanın və İraqın bir hissəsini, o cümlədən neft yataqlarını ələ keçirdi.

ABŞ və beynəlxalq koalisiya İŞİD-ə qarşı antiterror əməliyyatına başladı. Bu proses 2019-cu ilədək sürdü. Həmin dövrdə bölgədə yeni-yeni silahlı qruplaşmalar formalaşdı. PKK-nın YPG-PYD adlı terror qrupları, İranyönlü “Həşdi- Şəbi”, “İraq İslam Müqaviməti”, Misirin “Əl-Qamaa əl-İslamiyyə”, “Əl-Cihad”, Səudiyyə Ərəbistanının ”Ən-Nusra cəbhəsi”, “əl-Qaidə”dən sonra ”Əl-Harameyn”, Yəməndə husilər, “Adən-Abiya İslam Ordusu”, “Əsbat əl-ənsar” kimi hərbi-siyasi qruplaşmaları, habelə “Əl-Əksa şəhidləri briqadası” və başqaları ya yeni yarandı, ya da fəaliyyətlərini aktivləşdirdilər.

Vaşinqton və tərəfdaşları 2003-cü ildən Yaxın Şərqdə İraq, Suriya hakimiyyətlərinə və İŞİD kimi terror qruplaşmalarına qarşı müharibə aparıb.

Hazırda adıçəkilən ölkələrin ərazilərində Vaşinqtonun və müttəfiqlərinin qoşunları var. Bununla belə İraqda İranyönlü silahlı hərbi birləşmələr mövcuddur, Suriyada Bəşşar Əsəd hakimiyyəti devrilməyib. Ölkənin bir hissəsi müxtəlif silahlı birləşmələrin nəzarəti altındadır. Ankara hökuməti Türkiyə əhalisini və ölkənin ərazi bütövlüyünü terror hücumlarından qorumaq məqsədi ilə İraq və Suriyada qoşunlar saxlayır.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Bu hücumu İran hakimiyyəti birmənalı olaraq dəstəkləyib.

HƏMAS-a dəstək məqsədi ilə Yəməndəki husi qiyamçıları və Livan “Hizbullah”ı da İsrailə qarşı müharibə elan etdiklərini açıqlayıblar.

Husi qiyamçıları Qırmızı dənizdə İsrail və tərəfdaşlarının gəmilərinə hücumlar edir. ABŞ, Böyük Britaniya və daha 20 ölkə bu su hövzəsində gəmilərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə husilərin mövqelərinə hava zərbələri endirir. Hizbullah İsrail ərazisini raket atəşinə tutur, qarşı tərəf də cavab zərbələri endirir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qolu da diqqəti yayındırmaq üçün manevrlər edir və HƏMAS, husi və “Hizbullah”ı dəstəkləmək məqsədi ilə İraq və Suriyada ABŞ-nin hərbi bazalarına hücum edir. Vaşinqton da qarşılıq verir. Məsələn, general Q.Süleymaninin 4 il öncə ABŞ-nin hücumu nəticəsində ölməsi, yaxud onun ən yaxın adamı olan briqada generalı Razi Musəvinin zərərsizləşdirilməsi, İsrailin Dəməşqə raket hücumu nəticəsində Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabitin Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələri nəticəsində öldürülməsi ABŞ-İran qarşıdurmasının görünən tərəfidir.

Son 25 ilə yaxın müddət ərzində ABŞ və müttəfiqləri Yaxın Şərqdə bir sıra qüvvələri sıradan çıxarıb, neytrallaşdırıb. Bura Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmar Qəddafi, İraqda Səddam Hüseyn kimi avtoritetlər daxildir. Başqa sözlə hazırda ABŞ-ə və müttəfiqlərinə qarşı müqavimət göstərməyə çalışan qüvvə İrandır. Bu istiqamətdə onun Rusiya, Çin, habelə Şimali Koreyadan dəstək aldığı da istisna deyil. Ancaq onları Vaşinqton və müttəfiqlərinə qarşı açıq müharibə aparanlar sırasına daxil etmək olmaz. Çünki onlar region dövləti deyil, güclü beynəlxalq təzyiqlə üzləşdikdə dəstəyi geri çəkə bilərlər.

Odur ki, Yaxın Şəqrdə bütün qüvvələr sıradan çıxarılıb. İndi İran və onun qrupları Birləşmiş Ştatlar və müttəfiqləri ilə bölgədə üz-üzə dayanıb. Bu müharibə hələ ki İraq, Suriya, Yəmən, Fələstinin Qəzza zolağında gedir. Ancaq onun İran daxilinə keçməsi ehtimalı da az deyil. Bu, ABŞ və onu dəstəkləyənlər ilə Sepah arasında açıq müharibəyə keçməyə bilər. Çünki İran daxilində Tehran hakimiyyətindən narazılıq kifayət qədərdir. Bu prosesin perspektivdə silahlı müqavimətə keçməyəcəyinə təminat yoxdur.

Yanvarın 3-də Q.Süleymaninin ölümünün 4-cü ildönümü mərasiminə toplaşanlara qarşı hücum nəticəsində 103 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı. Ötən gün isə İranın cənub-şərqində yerləşən Kirman şəhərində bir əsgər 5 xidmət yoldaşını öldürüb. Oxşar hadisələr perspektivdə İranın daxilində silahlı müqavimətin başlayacağı ehtimalını gücləndirir. Bu baxımdan ABŞ və müttəfiqləri İrana fərqli sürpriz də hazırlaya bilər.

Paylaş

Xəbər lenti

"Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb Bu gün, 08:48 Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb Bu gün, 08:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar Bu gün, 08:48 Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb Bu gün, 08:48 Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR