
İraq Kürdüstanının (Şimali İraq) Süleymaniyyə vilayətinin Çamçamal rayonunda yerləşən qaz yatağında naməlum silahlılar tərəfindən həyata keçirilən hücumdan sonra güclü yanğın baş verib.
"Report"un məlumatına görə, bu barədə "Shafaq News" informasiya portalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Xormor yatağı bombalanıb, nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib, ərazidə yanğın sirenaları səslənir. Zərərin həcmi hələlik məlum deyil.
“Əl-Ərəbiyyə” telekanalı pilotsuz təyyarənin Hormoru vurduğunu iddia edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.