7-02-2024, 03:34 439

Azərbaycanın Koreyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsverməyə start verilib

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

"AVESTA.AZ" xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilirlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkiləri müzəffər Azərbaycan ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində səsvermə hüququ olan seçicilırin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. Seçicilər 6 min 537 məntəqədə səs verəcəklər. Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. Seçkiləri izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçinin qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. Bundan başqa, “Associated Press”, “BBC”, “Al Jazeera”, “Kyodo” da daxil olmaqla, 30-dan çox xarici media qurumu seçkiləri işıqlandıracaq.

Növbədənkənar prezident seçkilərində 3 təşkilat “exit-poll” keçirmək üçün müraciət edib.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR