
İrəvanda Tbilisi şossesində anbarda güclü yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumata görə, yanğın 6 min kvadratmetr ərazini əhatə edib.
Hadisə yerinə 12 yanğınsöndürən və xilasedicilər cəlb olunub.
Yanğının səbəbi hələ ki, məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.