
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.