Kamerunun şimal-qərbində Milli Gənclər Gününün qeyd edilməsi zamanı baş vermiş partlayış nəticəsində azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkmişlərin əksəriyyəti məktəblilərdir, onlardan bəziləri ağır yaralanıb.
Yerli xəstəxananın tibb işçiləri zərərçəkənlərin sayının arta biləcəyini istisna etmirlər.
Hadisə Nkambe şəhərində baş verib. Partlayışın təşkilatçılarının axtarışı və saxlanılması üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.
Kamerunun qərbində öz dövlətini yaratmağa çalışan separatçı təşkilat var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.