12-02-2024, 15:55 535

Ermənistanın mina xəritəsi

Ermənistanla Azərbaycan arasında sülh sazişinin, belə demək mümkünsə, dalana dirənməsinin bir neçə səbəbi var. Bunlardan biri də minalı ərazilərin xəritəsinin Azərbaycana verilməməsidir.

Ümumiyyətlə, İrəvan son vaxtlara kimi bu xəritələrin onlarda olduğunu da danırdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də bildirmişdi ki, gələcəkdə həmin xəritələrin Bakıya təhvil verilməsi mümkündür. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yanvarın 25-də yaydığı məlumatda göstərilib ki, İrəvan Bakıya 8 mina xəritəsini təhvil verməyə hazırdır. Ermənistan KİV-nin məlumatına görə isə prosesə şəxsən baş nazir Nikol Paşinyan nəzarət edir. “Hraparak” nəşri yazıb ki, o, bu məsələ ilə bağlı xüsusi iclas keçirib.

Beləliklə, ilk dəfə olaraq A.Mirzoyan xəritələrin Ermənistanda olduğunu təsdiqləmiş oldu. Yayılan digər məlumatlar da həmin topoqrafik xəritələrin Ermənistanda olduğunu təsdiqləyir. Sadəcə olaraq, Paşinyan administrasiyası bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və gələcək sülh sazişində hansısa maraqlarının təmin olunmasına çalışır. Hərçənd Ermənistan özü də başa düşür ki, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsi sülh prosesini sual altına salmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyət də bu dövlətə qarşı mənfi reaksiya yaradır.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair Ermənistanın 8 formulyarı Azərbaycana təqdim etdiyinə dair məlumat yayıb. Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur: "Lakin, əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə, mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xəttiboyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib".

Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.

Beləliklə, məlum olur ki, Ermənistanın Azərbaycana topoqrafik məlumatları verməsi, əslində, heç də qarşı tərəfin iddia etdiyi kimi, müsbət qiymətləndiriləsi məsələ deyil. Ermənistan daha əvvəl də Azərbaycana xəritələr vermişdi. Amma bunlar qeyri-dəqiq idi. İndi də İrəvan “ampluasından kənara çıxmır.

Maraqlısı budur ki, Paşinyan və onun komandası hər fürsətdə sülh prosesində maraqlı olduqlarını deyir və Azərbaycanı ittiham edir. Baş nazir fevralın 12-də söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Ermənistan Azərbaycanı aldatmağa çalışırsa, riyakarlığını davam etdirirsə, bu, necə qarşılıqlı etimad mühitinin yaranmasına töhfə verə bilər? Və əgər etimad mühiti yoxdursa, tərəflər bir-birinə inanmırsa, deməli, sülhdən də söhbət gedə bilməz.

Görünən odur ki, Ermənistan Azərbaycana sadəcə kağız parçaları təhvil verməklə beynəlxalq ictimaiyyət qarşısında “xal qazanmağa” çalışır. İstəyir ki, üçüncü tərəflər, beynəlxalq təşkilatlar İrəvana “əl çalsınlar”. Amma Paşinyan bununla sülhə nail ola bilməz.

Statistik məlumatlara görə, Vətən müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 345 nəfərdir. Bu rəqəmin hər ötən gün artması istisna deyil. Və, əlbəttə, belə bir təhdid gündəlikdə qaldığı müddət ərzində sülh sazişi də sual altında qalmağa davam edəcək. Bu isə ən çox İrəvanın özünə ziyandır.

Ermənistan öz səmimiliyini Azərbaycana və beynəlxalq ictimaiyyətə göstərmək istəyirsə, istisnasız olaraq bütün doğru formulyarları Bakıya verməlidir. Əks halda, İrəvan davam etdirdiyi "oyun"larla yalnız özünə ziyan verəcək, regional əməkdaşlıq imkanlarından məhrum olacaq, kənar güclərin təzyiqləri altında sıxılmağa davam edəcək.

Paylaş

Xəbər lenti

Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR