
Papua-Yeni Qvineyanın yüksək dağlıq ərazilərində qəbilələrarası toqquşmalar nəticəsində azı 53 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.
Polis bildirib ki, öldürülənlərin əksəriyyəti Enqa əyalətində pusquya salınıb.
Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb.
Polis meyitləri maşınlara yükləyib və şəxsiyyətlərini müəyyən etmək üçün ərazidən aparıb. Səlahiyyətlilər ölənlərin sayının 60-65-ə çata biləcəyini vurğulayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.