
ABŞ-nin proqram təminatı korporasiyası “Microsoft” növbəti iki ildə 2,1 milyard dollarlıq sərmayə qoymaqla İspaniyada süni intellekt (Sİ) və bulud infrastrukturunu genişləndirəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə şirkətin sədr müavini və prezidenti Bred Smit açıqlayıb.
“İnvestisiyamız sadəcə verilən (data – red.) mərkəzləri tikmək çərçivəsindən kənara çıxır, bu, İspaniyaya, onun təhlükəsizliyinə, hökumətinin, biznesinin və insanlarının inkişafı və rəqəmsal transformasiyasına 37 illik sadiqliyimizin sübutdur”, – şirkətin meneceri nəql edib.
Xatırladaq ki, daha öncə “Microsoft” Almaniyada süni intellekt yönümlü 3,2 milyard avro (3,45 milyon dollar) sərmayə qoyacağını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.