
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.