29-02-2024, 10:54 472

İki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlanıb

Ombudsman Aparatı iki sosial xidmət müəssisəsində çatışmazlıqlar aşkarlayıb.

“AVESTA.AZ” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən keçirilən monitorinq zamanı ahıllar üçün yaradılmış şəraitin müyəssərliyi, qidalanma, sosial-məişət və tibbi xidmətlərə çıxış imkanları, habelə asudə vaxtlarının səmərəli təşkili məsələləri araşdırılıb, yaşayış yerlərinə baxış keçirilib. Əvvəlki monitorinqlər və başçəkmələrdə müəyyən olunan nöqsanların bir çoxunun həll olunması müşahidə edilsə də, müəyyən problemlərin mövcudluğu aktual olaraq qalır.

Bundan öncə müəssisədə ahıllara xidmət göstərən personalın çatışmaması, ştat cədvəli üzrə sosial xidmətçi vəzifəsində vakant yerlərin olması faktı aşkarlanıb. Məsələ müəssisənin rəhbərliyi qarşısında qaldırılmış və bir çox vakant yerə işçi qüvvəsi cəlb olunmuş, ahıllara həm gündüz, həm də gecə saatlarında qulluqla bağlı problem aradan qaldırılıb.

Bununla belə, müəssisənin ştat cədvəlinə uyğun olaraq, Sosial xidmətin təşkili şöbəsində 9 iş yeri, habelə bir psixoloq və iki həkim-terapevt vəzifələri vakant olaraq qalır. Bu səbəbdən ahılların sosial-psixoloji reabilitasiyasına yönəlmiş tədbirlərin, həmçinin tibbi müayinələrin az hallarda həyata keçirildiyi müşahidə edilib.

Həmin müəssisədə ümumi vəziyyətin qənaətbəxş olduğu, lakin yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların qapılarının bəzilərinin nasaz olduğu, bəzi otaqlarda süni işıqlandırmanın ümumi qəbul olunmuş texniki normalara uyğun gəlmədiyi, avadanlığın yenilənməsinə və müəssisənin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanı ümumilikdə qeydə alınan 122 nəfər sakinin 10 nəfərinin ahıl şəxs olduğu, Gəncə şəhərindəki 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində isə ümumilikdə qeydə alınan 103 nəfər sakinin 6 nəfərinin ahıl şəxs olduğu müəyyən olunub.

Hər iki müəssisədə keçirilən başçəkmələr zamanı bir sıra çatışmazlıqlar aşkar edilib, o cümlədən müəssisələrin profilinə uyğun olaraq sakinlərə keyfiyyətli sosial və tibbi xidmətlərin göstərilməsi üçün zəruri olan bir neçə vəzifənin vakant olması nəzərə alınaraq, məsələnin həlli ilə bağlı müvafiq nazirlik qarşında məsələ qaldırılıb.

Ümumilikdə, ahılların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısının alınması, ehtiyacı olan ahıllara sosial xidmətin göstərilməsi səviyyəsinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər edilib.

Paylaş

Xəbər lenti

Əli Əsədov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü Bu gün, 15:49 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü Bu gün, 15:49 Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? Bu gün, 15:48 Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb Bu gün, 15:48 "Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq" Bu gün, 15:48 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO Bu gün, 15:48 Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır" Bu gün, 15:48 Emin Əmrullayev: "Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib" Bu gün, 15:48 Bakıda "Beer & Food Festival 2026" keçiriləcək Bu gün, 15:48 AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı Bu gün, 13:48 Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb Bu gün, 13:48 Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı Bu gün, 13:48 Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı Bu gün, 13:48 İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48 Bu halda kranla görülən bütün işlər dayandırılacaq Bu gün, 12:48 "McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi Bu gün, 12:48 Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir Bu gün, 12:48 "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub Bu gün, 12:48 Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb Bu gün, 12:48 Maliyyə nazirinə yeni müşavir təyin edilib Bu gün, 12:48 Sabahdan Bakı metrosunda intervallar azaldılır Bu gün, 12:48 Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir" Bu gün, 12:48 QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR