1-03-2024, 23:13 571

Türkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YAP-dan "AVESTA.AZ"a bildiriblər ki, Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb. O, qardaş ölkə təmsilçilərinin forumda iştirakının faydalı və önəmli olduğunu söyləyib.

Vitse-prezident fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin bu il fevralın 19-da Türkiyəyə rəsmi səfərini məmnunluqla xatırladan C.Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd edilib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması, strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin Zəfər seçkisində qazandığı inamlı qələbənin xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə iki dövlət arasında çoxşaxəli, məqsədyönlü işbirliyinin həm ölkələrimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib. “Ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələri və strateji müttəfiqlik münasibətləri Azərbaycan-Türkiyə birliyini gücləndirən çox önəmli amillərdir. Bu birlik Türk dünyasında da əməkdaşlığın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar və parlaq perspektivlər yaradır”, - deyə YAP Sədrinin müavini bildirib.

Forumun önəminə diqqət çəkən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu platforma dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya müstəvisində həlli baxımından olduqca əhəmiyyətli və faydalıdır. O, rəhbərlik etdiyi nümayəndə heyəti adından Forumun işinə uğurlar arzulayıb.

Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də məmnunluqla diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR