
Neftçala sakini intihar edib.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.