
"Oyunun gərgin keçəcəyi gözlənilirdi. Çünki ardıcıl 4 matçda qələbə qazanan komandaya qarşı oynayırdıq. Bizim də xala ehtiyacımız var idi. Düşünürəm ki, pis oynamadıq, əlimizdən gələni etdik. Qol fürsətlərimiz oldu. Müdafiədə səhvsiz oynadıq. Bu mövsüm ilk görüşdür ki, qol buraxmadıq".
"AVESTA.AZ"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
O, rəqibə qarşı fərqli taktika seçdiklərini bildirib: "Rəqibin ən güclü tərəfi sol cinahdır. Bu gün oranı bağlamağı və rəqibin hücumlarının qarşısını ala bildik. Bütün komanda yaxşı oynadı. Heç kimi fərqləndirmək istəməzdim".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.