
Aprelin 1-dən etibarən “Tesla” Çində istehsal olunmuş “Model Y”ın qiymətini 5 min yuan (694,55 dollar) artıracaq.
“AVESTA.AZ” xəbər verir ki, bunu şirkət ə təsdiqləyib.
Xatırladaq ki, şənbə günü verilmiş açıqlamaya görə, martın 22-dən bəzi Avropa ölkələrində “Model Y” avtomobillərinin qiymətlərinin təxminən 2 000 avro (2 177 dollar) artırılacaq. Cümə günü isə şirkət ABŞ-də bütün “Model Y” avtomobilləri üçün 1 000 dollar qiymət artımı elan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.