24-03-2024, 00:43 659

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür.

“Report” xatırladır ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər.

Erməni silahlıları müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub.

Nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.

5 may 2005-ci il tarixdən etibarən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq həyata keçirilib. Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti ilə bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır.

Paylaş

Xəbər lenti

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb Bu gün, 09:48 Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR