24-03-2024, 18:16 874

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın COP-29-a ev sahibliyindən bəhs edib

İqlim dəyişikliyi kollektiv səy tələb edən ən böyük problemlərdən biridir və gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) ev sahibi olaraq seçilməsi və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirilməlidir.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxışı zamanı səsləndirib.

Milli Məclisin sədri Azərbaycanın COP-29-a ev sahibliyi etməsindən böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib. O bildirib ki, ümumi iş naminə toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.

İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində həyata keçirə biləcəyik.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın iqlim dəyişikliyini təcili müdaxilə tələb edən dörd prioritet sahədən biri olaraq təyin etdiyinə diqqət çəkib və bu qurumun parlamentlərin iqlim dəyişikliyi ilə mübarizə və iqlim dəyişikliyi fəaliyyətlərini səfərbər etmək səylərini dəstəkləmək istiqamətində böyük yol qət etdiyini bildirib.

Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.

Paylaş

Xəbər lenti

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib Bu gün, 10:48 Azərbaycanda fermerlərə ŞAD XƏBƏR Bu gün, 10:48 Təhsil müəssisələrinin ətrafındakı yollara nəzarət gücləndirilir - BİRGƏ MƏLUMAT Bu gün, 10:48 ABŞ-yə yüz milyardlarla dollar qazandırmışam - Tramp Bu gün, 10:48 KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib Bu gün, 10:48 Azərbaycan "Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya verəcək Bu gün, 10:48 3 aylıq körpə anasının qucağından yıxılıb öldü Bu gün, 10:48 Məşhur hindistanlı müğənninin qətlində milyardlıq sərvətin varisi şübhəli bilinir Bu gün, 10:48 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb Bu gün, 10:48 Bəzi yerlərə leysan yağır, güclü külək əsir Bu gün, 10:48 Öləcəyi yaşı əvvəlcədən bilən "Qorxaq" - Tanınmış sovet aktyorunun həyatından MARAQLI FAKTLAR Bu gün, 09:48 Ayı piyindən sabun bişirilən kənd - Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən birindən REPORTAJ Bu gün, 09:48 Kənd təsərrüfatında yeni potensial TƏHLÜKƏ - Avadanlıqlar casusluq alətinə çevrilə bilər? Bu gün, 09:48 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb Bu gün, 09:48 Paytaxt yollarında yaranan tıxaclar qarşıdakı günlər üçün nə vəd edir? Bu gün, 09:48 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi öz işinə başlayır Bu gün, 09:48 Bakıda bu rayonda qaz kəsiləcək Bu gün, 09:48 Yeni tanış olduğu qadını öldürüb, meyitini şəhərin müxtəlif yerlərinə atdı Bu gün, 09:48 "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək Bu gün, 09:48 Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur Bu gün, 00:48 Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq Dünən, 23:48 Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? Dünən, 23:48 Boğaz iltihabına hansı qidalar yaxşı təsir edir? Dünən, 23:48 Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb Dünən, 22:48 Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək Dünən, 22:48 Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb Dünən, 22:48 Putin Kadırovun oğlunu medalla təltif etdi Dünən, 21:48 ABŞ Hörmüz boğazında yeni tərəfdaşlar gözləyir Dünən, 21:48 İnternet yaddaşımızı zəiflədir? Alimlər "Google effekti"ni araşdırıb Dünən, 21:48 Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ Dünən, 20:48 "Mançester Yunayted"dən növbəti oyunda heç-heçə Dünən, 20:48 Kimi Antonelli İtaliya Qran-Prisini qazandı Dünən, 20:48 Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər? Dünən, 20:48 Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar Dünən, 20:48 "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi Dünən, 20:48 İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Dünən, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Dünən, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Dünən, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Dünən, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Dünən, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Dünən, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Dünən, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Dünən, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Dünən, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Dünən, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Dünən, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Dünən, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR