
Mingəçevir şəhərində mikroavtobus kafeyə çırpılıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun kafeyə çırpılması nəticəsində, avtomobildə olan - 1961-ci il təvəllüdlü B.Kərimzadə xəsarət alıb. Onu avtomobildən çıxarmağa çalışan 1999-cu il təvəllüdlü T.Hacıyevin isə ayağını şüşə kəsib.
Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.