
Ukraynanın Kiyev vilayətinin Bila Serkva şəhərində beşmərtəbəli binadakı mənzillərdən birində sonradan yanğınla müşayiət olunan partlayış baş verib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti .
Məlumata görə, binanın 2-ci mərtəbədən 5-ci mərtəbəsinədək dəmir-beton örtüyü çöküb.
Qeyd olunub ki, “19:45-ə (Bakı vaxtı ilə 21:45 – red.) olan vəziyyətə görə naməlum maddənin partlaması nəticəsində ölənlərin sayı 2-yə yüksəlib (binanın üçüncü mərtəbəsində insan qalıqları aşkarlanıb)”.
Hadisə yerli vaxtla saat 15:00 (Bakı vaxtı ilə 17:00) radələrində olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.