
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə -a region rəhbərinin mətbuat xidmətindən bildirilib.
“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, – agentliyə açıqlanıb.
Qeyd olunub ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.
“İndi qubernator əməliyyat otağındadır”, – əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.