
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov Regional Administrasiyasının rəhbəri Maksim Kozistski ilə görüşüb.
“Report” xəbər verir ki, Seymur Mərdəliyev bu barədə “X”də yazıb.
“Görüş zamanı Azərbaycan və Lvov vilayəti arasında bir çox sahədə əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə edilib. Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır”, - deyə səfir bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.