
Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.
“AVESTA.AZ” xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bunun qarşısını almaq lazımdır: “Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Bütün problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmasını istəyirik”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.